İnsanlara hürriyət, millətlərə istiqlal!

Morata "Portu" ilə oyundan sonra huşunu itirib

357 25.02.2021 13:52 İdman A A

"Yuventus"un hücumçusu Alvaro Morata səhhətində ciddi problemlər yaşayır.

Qol.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, ispan hücumçu sitomeqalovirus infeksiyasına yoluxub. Onun Çempionlar Liqasında "Portu" ilə ilk oyundan (1:2) sonra paltardəyişmə otağında huşunu itirdiyi bildirilir.

“Çox oyun keçiririk. Adi mövsümdə də davamlı olaraq müəyyən səviyyədə oynamaq çətindir. Bəzi problemləri var idi. Əvvəlcə soyuqdəymə, sonra bağırsaq pozğunluğu. Bu, normal məşq etməsinə mane oldu və bir az formasını itirdi. O, yüksək səviyyəli bir oyunçudur. Mövsümü bitirməyimizə kömək etmək üçün əla formada olacaq" - deyə klubun idman direktoru Fabio Paratiçi Moratanın durumu ilğ bağlı bildirib.

Sitomegalovirus herpes ailəsindən olan virusdur və əksər sağlam insanlarda özünü göstərmir. Lakin zəifləmiş bədəndə qızdırma, baş ağrısı, burun axıntısı, yorğunluq və SARS üçün xarakterik olan digər simptomlara səbəb ola bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR