İnsanlara hürriyət, millətlərə istiqlal!

"Moody's" Azərbaycanın dövlət istiqrazları üzrə reytinqini əvvəlki səviyyədə saxlayıb

484 05.12.2015 10:14 Son xəbər A A
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət istiqrazlarının reytinqini "Baa3" səviyyəsində saxlayıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Moody's"in yaydığı məlumatda qeyd edilir.
 
Proqnoz stabil olaraq qalır.
 
Agentlik istiqrazların “Baa3” səviyyəsində, “stabil” reytinqə malik olmasının üç faktora əsaslandığını qeyd edib: “Dövlət Neft Fondunun iri aktivləri hesabına Azərbaycan fiskal möhkəmlik əldə edib. Ölkənin fiskal dayanıqlılığı və işsizliyin aşağı səviyyədə olması neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata olan mənfi təsirini yumşaltmağa yardımçı olacaq".
 
Agentlik hesab edir ki, 2016-cı ildə büdcə defisiti ÜDM-in 5,5%-ni təşkil edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR