İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla Nəsrəddin 2022” tamaşasının premyerası keçirilib - FOTOLAR

687 25.06.2022 23:46 Mədəniyyət A A

Səhnə teatrının dramaturq Xaqani Əliyevin eyniadlı pyesi əsasında hazırladığı “Molla Nəsrəddin 2022” adlı tamaşasının premyerası keçirilib.

Musavat.com bildirir ki, tamaşa iyunun 23 də Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində təqdim olunub.

Teatr tənqidçilərinin, mətbuat nümayəndələrinin də iştirak etdiyi premyera anşlaqla keçdi və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Teatrın bədii rəhbəri Xaqani Əliyev qeyd edib ki, Molla Nəsrəddin obrazı indiyə kimi hazırlanan tamaşalarda adətən müdriklik zirvəsinə ucalmış nurani qoca kimi təsvir edilirdi:

"Biz qorxmadan tamam başqa seçim edərək fərqli mövqe sərgilədik. Müdriklik yaşına çatmamış, bəzən emosiyalarına hakim kəsilə bilməyən bizim Molla Nəsrəddin indiyə kimi təqdim edilmiş “düşündürərək güldürən” Molla Nəsrəddinlərdən cavanlığı və müasirliyi ilə fərqləndi. ”Cavan” Molla Nəsrəddinin tamaşaçılar tərəfindən alqışlarla qarşılanması obraza belə mövqedən yanaşmanın qorxulu olmadığını sübut etdi".

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanov, rejissoru İmran Ali Qurban, musiqi tərtibatçısı Nicat Cəbrayılovdur.

Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Mahir Mirişli, Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Absalam Həşimli, Ağaəli Kərimzadə və Nazlı Quliyeva iştirak edirdilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR