İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova sərhədini qanunsuz keçən Ermənistan və Rusiya vətəndaşları tutulublar

733 08.08.2017 18:38 Son xəbər A A

Ermənistan və Rusiyanın iki vətəndaşı Moldova sərhədini qanunsuz keçərkən tutulublar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Moldovanın Sərhəd Xidməti məlumat yayıb.

“Moldova sərhədçiləri Prut çayını, respublikanın dövlət sərhədini qanunsuz olaraq keçərkən Ermənistan və Rusiya vətəndaşlarını aşkar edərək tutub. Ermənistanın 29 yaşlı, Rusiyanın 49 yaşlı vətəndaşları qadağan edilən zonada olduqlarının səbəbini deməyiblər”, - məlumatda vurğulanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR