İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova prezidenti ABŞ səfirliyinə torpaq sahəsi ayırmaqdan imtina etdi

770 09.08.2018 15:13 Dünya A A

Moldova prezidenti İqor Dodon paytaxt Kişinyovda, keçmiş stadionun ərazisini ABŞ səfirliyinə verməkdən imtina edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Moldova prezidenti özünün “facebook” səhifəsində xüsusi status paylaşıb. Prezident keçmiş Respublika stadionunun yerindəki sahənin ABŞ-a verilməsi ilə bağlı qanunun təsdiqlənməsinə rəsmi şəkildə imitna cavabı verdiyni açıqlayıb.

Dodonun fikrincə, bu ərazinin istirahət yeri və ya mədəniyyət mərkəzi olaraq istifadə olunması daha düzgündür.

Moldova prezidenti hətta ABŞ-ın ölkədəki səfiri Ceyms Pettisə münasib yer axtarmaq üçün “kömək göstərməsini” xahiş edib.

Moldovanın keçmiş mərkəzi stationundakı ərazinin alınması ilə bağlı memorandum iki ölkə arasında keçən ilin dekabrında imzalanıb. İyul ayında Moldova parlamenti 5 hektarlıq sahənin səfirlik binası üçün ayrılması ilə əlaqədar sazişi təsdiq edib.

Qeyd olunur ki, 1952-ci ildə tikilən stadion 2007-ci ildə müasir standartlara cavab vermədiyi üçün sökülüb.

Iqor Dodonun müxaliflərinin fikrincə isə “mədəniyyət mərkəzi”, “istirahət parkı” kimi söyləmlər əslində bəhanədir. Moldova prezidentinin qatı ruspərəst olması heç kimə sirr deyil.

Hakimiyyətə gəldiyi ilk gün o, Avropa Birliyinin bayrağını prezident administrasiyasının binasından çıxarıb. Dodon Avropa Birliyi ilə imzalanan sazişin ləğvinin tərəfdarıdır. O, ölkənin Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqına üzv olması üçün səylər göstərir və təşkilatda müşahidəçi status almasına nail olub.

Moldova prezidenti iqtidarda olduğu müddətdə rəsmi və ya qeyri-rəsmi olaraq, ildə ən azı 2 dəfə Moskvaya səfər edir.

Bu cür mövqeyinə görə İqor Dodonun səlahiyyətləri parlament və Konstitusiya Məhkəməsi tərəfindən bir neçə dəfə dayandırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR