İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova mediası Azərbaycan Prezidentinin Brüssel səfərinə xüsusi diqqət ayırıb

799 07.04.2022 20:54 Media A A

Moldovanın nüfuzlu və geniş oxucu auditoriyasına malik olan kütləvi informasiya vasitələri, o cümlədən ölkənin TV8 telekanalının portalı Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşünü, onun nəticələrini geniş işıqlandırılıb.

Moldovanın “Tribuna”, “TV8”, “NOİ.md” xəbər portalları və digər saytlarda yayımlanmış məqalələrdə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüşün nəticəsi olaraq iki ölkənin xarici işlər nazirlərinə sülh sazişinin hazırlanması üçün tapşırığın verilməsinə dair razılığın əldə olunmasından, iki ölkə arasında Birgə Sərhəd Komissiyasının yaradılmasından, komissiyanın mandatına Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsinin daxil olmasından bəhs olunur.

Həmçinin, Moldova KİV-də Azərbaycan XİN-in Mətbuat xidmətinin Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan görüşünə dair məlumatı dərc olunub.

Qeyd olan məqalələr ilə aşağıdakı keçid linklərindən tanış olmaq mümkündür:

https://tribuna.md/ru/2022/04/07/bruxelles-azerbaidjan-armenia/
 
https://noi.md/ru/raznoe/azerbajdzhan-i-armeniya-dogovorilisi-o-prorabotke-mirnogo-soglasheniya?prev=1

https://noi.md/ru/raznoe/es-nachat-process-ustojchivogo-soglasheniya-mezhdu-azerbajdzhanom-i-armeniej

https://noi.md/ru/raznoe/sozdan-novyj-format-pryamyh-peregovorov-mezhdu-azerbajdzhanom-i-armeniej

https://tv8.md/ru/2022/07/04/mid-azerbaidzhana-vstrecha-v-bryussele-ocherednoi-vazhnii-shag-dlya-budushchego-mira-i-stabilnosti-v-regione/197404

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR