Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriyada xüsusi əməliyyat keçirib.
Msuavat.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Keçirilən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının “Türkiyə vilayəti cavabdehi” saxlanılıb.
MİT kəşfiyyat məlumatları əsasında “Ebu Usame el Türki” kod adlı Qasım Gülerin qanunsuz yollarla ölkə ərazisinə keçərək genişmiqyaslı terror aktları planlaşdırdığını müəyyən edib. MİT əməkdaşları tərəfindən izlənilən terrorçu Suriyada saxlanılaraq Türkiyəyə gətirilib.
Qeyd edək ki, Qasım Güler qırmız kateqoriyalı axtarış siyahısında olub.
İŞİD-ə qarşı əməliyyatlar davam edir.
Toğrul İSMAYIL,
Musavat.com






