İnsanlara hürriyət, millətlərə istiqlal!

Mişustin Qafanda Rusiya konsulluğunun açılmasına icazə verdi

973 02.11.2023 22:30 Son xəbər A A

Rusiya hökuməti Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb və sənəd Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, bu, Rusiyanın Ermənistanda açdığı ikinci baş konsulluğudur, birinci Gümrüdədir.

Mişustinin imzaladığı sənəddə Rusiya Xarici İşlər Nazirliyinə nota mübadiləsi yolu ilə Ermənistan hökuməti ilə Qafanda baş konsulluğun yaradılması haqqında saziş imzalamaq təklifini qəbul etmək tapşırılır. Zəruri hallarda nota layihəsinə “əsas xarakterli olmayan” dəyişikliklərin edilməsinə icazə verilir.

Xatırladaq ki, oktyabrın sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, Moskva “Qafanda konsulluq açmaq arzusunu ifadə edib” və İrəvan bununla razılaşıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR