İnsanlara hürriyət, millətlərə istiqlal!

Misirdə islamçılarla polis arasında toqquşma olub, ölən və yaralananlar var

453 09.11.2013 01:20 Dünya A A
Misirdə islamçıların ənənəvi cümə etiraz aksiyası zamanı 12 yaşlı yeniyetmə həlak olub, 6 nəfər xəsarət alıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Qiza vilayətinin El-Urmaniya şəhərində yerli əhali və “Müsəlman Qardaşları” tərəfdarları arasında toqquşma baş verib.
 
Naməlum şəxslərin atəş açmasına cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib.
 
İğtişaşların mərkəzində olan yeniyetmə oğlan ölümcül xəsarət alıb və xəstəxanada keçinib. İki minə yaxın islamçı Rəbaa al Ədauiyə məscidinə tərəf yürüş etməyi cəhd edib, lakin ordu tərəfindən dayandırılıb.
 
Xatırladaq ki, sözügedən məscid bu ilin yayında hərbçilər və “Müsəlman Qardaşları” tərəfdarları arasında qarşıdurma meydanına çevrilmişdi. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR