Misir parlamenti bu gün Liviyaya ordu göndərmək barədə qanun layihəsini gizli keçirəcək iclasda müzakirə edəcək.
Avropa.info xəbər verir ki, parlament nümayəndəsi Seyid Şərif deyib ki, parlament prezident Əbdüllətif Sisiyə Liviyaya ordu göndərmək səlahiyyəti verməyi planlayır.
Misir konstitusiyasına görə, dövlət parlamentin razılığı olmadan müharibə elan edə, yaxud silahlı qüvvələrini başqa ölkələr göndərə bilməz.
Şərif iclasın Misir milli təhlükəsizliyini qorumaq məqsədilə gizli keçirildiyini bildirib.
Xatırladaq ki, Misir Liviyaya ordu göndərməklə bağlı qanun layihəsini daha əvvəl təxirə salmışdı.
Hərbi çevrilişlə hakimiyyətə gələn prezident Sisi idə Türkiyənin dəstəklədiyi Milli Həmrəylik Hökumətinə məxsus qüvvələrin Sirt şəhərinə hücum etməsi halında Misirin birbaşa münaqişəyə girəcəyini, Sirt şəhərinin Misir üçün "qırmızı xətt" olduğunu demişdi.






