İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan AÇIQLADI: "Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün..."

677 19.05.2023 14:47 Siyasət A A

“Bugünkü danışıqların əsas mövzusu Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasıdır. Üç ölkə liderinin imzaladığı üçtərəfli sazişlərin rolu çox böyükdür."

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın XİN başçısı Moskvada xarici işlər nazirləri ilə keçirilən üç tərəfli görüşdə səsləndirib.

"Bu, bütün məsələlər üzrə bütün həll yollarının tapılmasında həlledici əhəmiyyət kəsb etməlidir: həm sülh müqaviləsi, həm də sərhədin sonradan demarkasiyası ilə kommunikasiyaların bloklanması və delimitasiyası ilə bağlı. Hesab edirəm ki, bütün bu sahələrdə irəliləyiş Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün əsas şərtdir. Rusiya bu regionda tarixi rol oynayır və ciddi maraqları var. Əminəm ki, müttəfiqlərimiz bunu başa düşürlər. Çalışacağıq ki, bu miqyasda mümkün olan hər şeyi edək ki, bu gün keçiriləcək tədbirlər faydalı olsun və konkret nəticələr əldə edilsin”., - deyə Mirzoyan qeyd edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR