İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzə Cəlilin məşhur personajları və Makron-Paşinyan cütlüyünün Münhen macərası

1806 21.02.2023 16:10 Yazarlar A A

Ölməz dramaturqumuz Cəlil Məmmədquluzadənin “Ölülər”ində bir səhnə var... Nazlı qardaşına “Dadaş, and olsun Allaha, mәn Mir Bağır ağaya getmәyәcәyәm. Mәn heç kәsә getmәyәcәyәm”.

Kefli İskәndәrsə xa ... xa ... xa!... edib uğunaraq “Bacım, hәlә sәn uşaqsan... Bir gün olar ki, gәlib görәrәm sәnin qabağına bir ayna tutub, çәkә-çәkә aparırlar. Onda tutaq ki, sәn çәm-xәm elәdin. Tutaq ki, sәn istәmәdin gedәsәn. O vaxt bir dә görәcәksәn ki, sәni daldan itәlәyib deyirlәr ki, “Dayanma, tez-tez get!” Çönüb baxıb görәrsәn ki, itәlәyәn sәnin atan Hacı Hәsәndir...” Davamı da var bu dialoqun, amma məncə, arifə bir işarə də yetər...

Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen əhvalatı xatırlatdı bunu. Bəzi oxucular deyə bilərlər ki, nə əlaqəsi? Əlaqəsi var təbii ki...Məsələ burasındadır ki, Nikol Paşinyan Münxen konfransında iştirak etməyə maraqlı görünmürdü. Səbəbi bəlli: 2020-ci ildə eyni məkanda, eyni konfransdakı panel müzakirələrində Prezident İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşmüş, hətta ermənilər özləri belə, bu cür rəhbərləri olduğuna görə utandıqlarını deyirdilər. Təsəvvür edin, 2020-ci ildə Paşinyan Qarabağı, Şərqi Zəngəzuru işğal altında saxlayan ordunun ali baş komandanı kimi İlham Əliyevə biabırçı hesabla uduzmuşdu... Ardınca 44 günlük savaşda darmadağın olan ölkənin başçısı üçün yenidən o travmaları yaşamaq təbii ki, asan deyildi. Amma heç şübhəsiz ki, İskəndərsayağı “qorxma, get” deyən olub və o da Münhenə gedib. Kim bu məsləhəti təkidlə verə bilərdi? Təbii ki, Paşinyanı Avropadan uzaq tutmağa çalışan Rusiya rəhbərliyi yox, böyük bacısı Makron. Fevralın əvvəlində Paşinyan-Makron telefon danışığı olmuşdu. Ötən il Brüssel formatında üçtərəfli görüş niyə baş tutmadı? Paşinyan dedi ki, “Makron olmasa, mən də olmaram”. Əsl “bacı məhəbbəti”. Heç şübhəsiz ki, Almaniyadakı budəfəki toplantıda Fransa prezidentinin iştirak etməsi Paşinyanı həvəsləndirib.

Prezident İlham Əliyev Münhendə ölkəmizin milli maraqlarını yüksək  səviyyədə qorudu" - ŞƏRH, en son xeberler 2023, xeberler bu gun 2023

Məlumata görə, Nikol Paşinyan Azərbaycan Prezidenti ilə eyni platformanı bölüşmək niyyətində deyilmiş və əvvəlcə qəti şəkildə bu müzakirələrdə iştirakdan imtina edib. Səbəbi bəlli, yuxarıda qeyd etdiyimizdir: 2020-ci ildə Münhendə İlham Əliyevlə debatda necə biabırçı və gülünc hala düşdüyünü unutmayıb, yenidən eyni fiasko yaşayacağından ehtiyat etdiyindən müzakirələrə qoşulmaq istəməyb. Hətta adı da panel iştirakçıları siyahısına salınmayıb.

Bunu təkcə biz demirik, Ermənistan mediası yazır. Buyurun: ArmInfo. “59-cu Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı panel müzakirələrində iştirak etməyəcək. Onun adı konfransın rəsmi saytında qeyd olunan panel iştirakçılarının siyahılarında yoxdur”. (17 fevral 2023-cü il) Erməni ekspert Vaqe Davtyan Paşinyanın kənarda qalmasına “çağırılmır - pis. Özü imtina edibsə, daha da pis”-deyə reaksiya vermişdi.

Paşinyanın ofisinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan yerli mətbuata açıqlamasında bildirmişdi ki, Paşinyanla Əliyevin görüşü “qəti planlaşdırılmır”.

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda  iştirak edir - VİDEO, son xeberler

O vaxtadək Münxen konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirak edəcək şəxslərin siyahısında Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan baş naziri İrakli Qaribaşvilinin və ATƏT-in baş katibi Helqa Maria Şmidin adları var idi. Münhen Təhlükəsizlik Konfransının rəsmi saytındakı məlumatdan məlum olurdu ki, panelin moderatoru Münhen Təhlükəsizlik Konfransının sədri Kristofer Hausgendir. Təkcə Nikol Paşinyan yox idi siyahıda...

Bütün bunlardan sonra Paşinyan necə olub qoşulub, onu kim yola gətirib, bəlli... Konfransın gedişində Ermənistanın baş naziri boynunu büküb böyük bacısını arayırdı, bu barədə kadrlar da yayımlandı... Və... Makron Kefli İskəndərsayağı “qorxma, bacı, get”-deyib, kürəyindən itələyəndən sonra erməni baş nazir səhnəyə çıxdı...

Paşinyan Makrona Laçın yolundakı durumdan danışdı

Nikol məhz Makronla görüşdən və “regional təhlükəsizliyi və stabilliyi müzakirə etdikdən” sonra ürəklənib heç şübhəsiz. Diplomatik qaynaqlardan aldığımız məlumata görə, Fransa prezidenti Paşinyanı demək olar ki, yalvararaq yola gətirib, ona müzakirələrdə iştirak etməyəcəyi halda, bunun qorxaqlıq, zəiflik kimi qəbul ediləcəyini başa salıb, ürək-dirək verib. Hətta Nikola o da deyilib ki, qorxub-eləməsin, moderator Kristof Heusgen ona “çətin” suallar verməyəcək, sərfəli suallar ünvanlayacaq və “imtahan”dan qəti şəkildə çəkinməsin. Yalnız paneldən bir gün əvvəl günün sonuna yaxın, axşam saatlarında axır ki, Paşinyan razılaşıb. Amma istənilən halda Paşinyan yenə fiaskoya uğradı, növbəti sarsıdıcı zərbələr aldı, “yağışdan çıxıb, yağmura düşdü”.

İlham Əliyev və Paşinyanın Münhen görüşü Azərbaycan dilində - TAM VİDEO

Belə bir mötəbər tədbirdə, dünyanın gözü qarşısında Paşinyan uşaq nağıları danışdı. Guya Qarabağa gəzməyə gətirdikləri uşaqlar azərbaycanlılardan qorxubmuşlar. Elə bir yalan ki, yalan və saxtakarlıqda usta olan hayların özləri də havalanıblar...

Diqqət edin, ermənilər Paşinyanın Münhen məğlubiyyətinə necə reaksiya verirlər: Politoloq Levon Zurabyan: “Biz heç vaxt dövlətimizi təmsil edən şəxsin bundan acınacaqlı mənzərəsini görməmişdik. Biz heç vaxt dövlətimizi təmsil edən adamın pafoslu və sanballı obrazını görməmişik. Özünü dünyaya yazıq görkəmlə, axsaq məntiqlə, kasıb, kəkələyən, qırıq-qırıq ingilis dilində təqdim edən Ermənistan heç kimdə rəhm belə oyatmadı.

Bütün səhnə milli ləyaqətimizin, sevgimizin edamı idi. Əliyev Ermənistanı və onun baş nazirini dünya qarşısında “sındırırdı”. Ermənistanın biabırçı kapitulyasiyasının acınacaqlı təcəssümü Münhendə oturmuşdu. Bəlli oldu ki, döyüş meydanında itirmədiyimiz nəsə qalıbsa, onu da zəif diplomatiya nəticəsində itirəcəyik”.

Nikol Paşinyanın məscidlərin dağıdılmasına haqq qazandırması isə hayları əməlli-başlı havalandırıb. Prezident Əliyev bildirdi ki, işğal dövründə Qarabağdakı 67 məsciddən 65-ci dağıdılıb. Paşinyan isə bunun qarşılığında dedi ki, sovet dövründə Azərbaycanın 1560 məscidi dağıdılıb, o cümlədən Ermənistanda! Ermənilər deyirlər ki, “Paşinyan ona ayrılan vaxtın əsas hissəsini bu axmaqlığa sərf etdi”. Həmçinin deyirlər ki, İlham Əliyev Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda ittiham edəndə susan Paşinyan faktiki olaraq Əliyevin ittihamlarını və Ermənistanın günahını qəbul etdi.

İlham Əliyev Paşiniyanı ÜZR istəməyə məcbur etdi. Münhen Təhlükəsizlik  Konfransında DEBAT | Об'єднана Діаспора Азербайджанців України

“Alternativ layihələr” qrupunun eksperti Vahe Ovannisyan isə Münhendən sonra deyib ki, “Ermənistan böyük sınaq astanasındadır. Onun mümkün təzahürlərini təsəvvür etmək dəhşətlidir”.

Təkcə ermənilər demir. Gürcü politoloq Simon Kopadze “hamı kimi, biz də gözləyirdik ki, Ermənistan baş naziri Nikol Paşinyan ağıllı, sülh naminə hər hansısa fikir söyləyəcək. Lakin o, sanki uşaq dayısına şikayət edirmiş kimi “biz uşaqlarımızın Xankəndiyə səfərini təşkil etdik, Azərbaycan buna icazə vermədi” deməsi çox gülünc idi”-söyləyib.

Həmin fikirləri bir daha ollduğu kimi xatırladaq: “Bu yaxınlarda Dağlıq Qarabağdan olan erməni uşaqlar avtobusla Laçın dəhlizi vasitəsilə səyahət etməyə çalışanda, onların qarşısı kəsilib, maskalı azərbaycanlı şəxslər avtobusa daxil olublar. Uşaqlar qışqırıblar. Bu, Dağlıq Qarabağ ermənilərinin Laçın dəhlizindən sərbəst şəkildə keçməsi üçün sonuncu cəhdi olub”. Ciddi adamda dərhal sual yaranar: “Blokada” vəziyyətində olan yerə uşaqları səyahətəmi göndərərdilər? Gülürlər Paşinyana, ermənilərlə birgə gürcülər də...

Ardınca S.Kopadze qeyd edib ki, Azərbaycan artıq təkcə regionda deyil, dünyada söz sahibinə çevrilib. Prezident İlham Əliyevin Münxendə keçirdiyi görüşlərdə söylədiyi fikirlərin digər əksər liderlər tərəfindən də qəbul olunması bunu sübut edir. (AzərTAC)

Münhendən qayıdandan sonra biabır olmasını ört-basdır etməkdən ötrü Paşinyan Qarabağ ermənilərinə “alovlu” müraciət etdi: “Əziz “arsax”lılar, “vətən”inizdə dinc, təhlükəsiz yaşamaq, quruculuq naminə möhkəm və sarsılmaz olun”.

Münxendə üstünə dağıtdığı məlum mayeni təmizləmək cəhdidir, amma alınmayacaq...

İndi gürcülər də düşünürlər ki, biz Paşinyan kimi ağlıdayazla necə “Qafqaz evi” quracağıq?

Münhendə İlham Əliyev Paşinyanı faktlarla susdurdu -

Paşinyanın özünü “demokrat” kimi gözə soxmaq cəhdinə tutarlı reaksiya elə ermənilərin özündən gəlib. Ermənistan keçmiş təhsil naziri Armen Aşotyan tvitter səhifəsində yazıb ki, Paşinyan yalan danışmaqdansa, özünün diktatorluq etdiyi ölkəsi barədə danışsa, daha yaxşı olardı: “Paşinyan sanki bir ölkənin baş naziri yox, tarixçi kimi yenə Avropada çıxışlar edərək publikanı çaşdırmağa çalışır. Sən hansı ədalətdən, reallıqlardan danışırsan? Sənin rəhbərlik etdiyin hökumət bu gün Ermənistanı dizi üstə çökdürüb. Ermənistanı son 2 ildə monarxiya ölkəsinə çevirdin. Ölkədə siyasi təqiblər pik həddə çatıb. Keçmiş opponentlərindən qisas almaq naminə onları həbsə atdırıb açıq-aşkar rüşvət tələb edirsən”.

Beləcə, ifşa davam edir. Məşhur misal var: danış, görüm, sən kimsən! Ona görə də Nikol Paşinyana beynəlxalq platformalarda daha çox söz demək imkanı yaratmaq lazımdır. Bu yerdə böyük bacısına da təşəkkürlər, erməniçiliyi ifşa üçün şərait yaratdığına görə! Növbəti tok-şounu gözləyirik...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR