İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzə Babayevin nəvəsi saxlanıldı və 200 manat cərimələndi

2370 07.05.2019 08:05 Ölkə A A

Emin Babayevin küçədə telefonla danışarkən söyüş söyməsini hakim qəbul etmədi

Respublikaçı Alternativ (REAL) Partiyasının üzvü Emin Babayev mayın 4-də saxlanıb. “Yeni Müsavat” xəbər verir ki, küçədə telefonla danışarkən söyüş söyməkdə və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılan E.Babayev Səbayel rayonu 8-ci polis bölməsinə aparılıb.

Bölmədə onun haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunub, o, Səbayel Rayon Məhkəməsinə aparılıb.

Məhkəmədə E.Babayev deyib ki, o, söyüş söyməyib, həmin gün, ümumiyyətlə, telefondan istifadə etməyib. Bölmədə isə ondan sosial şəbəkələrdə yazdıqları barədə soruşublar.

Məhkəmədə vəkil əlavə sübutlar haqda vəsatət verib. Əlavə şahidin məhkəməyə gəlməsi üçün proses mayın 6-na qədər təxirə salınıb.  Hakim bildirib ki, E.Babayev sərbəstdir, evə getsin, bazar ertəsi məhkəməyə gəlsin. Lakin E.Babayev məhkəmədən çıxandan sonra polislər onu yenidən saxlayıb.

Vəkili Şəhla Hümbətova bizimyol.info-a bildirib ki, müvəkkilini polis əməkdaşları Nəsir Vəliyev, Bəxtiyar Fərzəliyev və Ramil Lətifli iltizama qol çəkmək adı ilə bölməyə çağırıblar, amma onu orada saxlayaraq buraxmayıblar.

Vəkil polis bölməsinə gedib və E.Babayevin hansı əsasla saxlandığını soruşub. Ona cavab verilib ki, E.Babayev özü burada qalmaq istəyir: “Polis əməkdaşları Bəxtiyar Fərzəliyev və növbətçi Pərviz Əliyevin mənə bildirdiyinə görə, guya Emin özü deyib ki, orada qalmaq istəyir, bölmədən getmək istəmir”.

Vəkil bölmədə müvəkkili ilə görüşmək istəsə də, ona icazə verilməyib.

Səbayel Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin qərarı ilə Emin Babayev barəsində 200 manat cərimə qərarı çıxarılıb.

Ä°lgili resim

Bu barədə REAL Partiyasının Məclis sədri Azər Qasımlı “Amerikanın Səsi”nə bildirib. REAL-ın icra katibi Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, ittihamlar həqiqəti əks etdirmir:

“Emin hərəkatın çoxdan üzvüdür. 2010-cu ildən bizə qoşulub, indi də partiya üzvüdür. Onun saxlanılması məhz ictimai fikirləri və çıxışları ilə bağlıdır. Amma maraqlıdır ki, hakim obyektiv araşdırma apardı. Onu polisə getmədiyinə görə cərimələdi, söyüşlə bağlı hissəsi təsdiqlənmədi”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

N.Cəfərlinin sözlərinə görə, E.Babayev REAL-ın imzatoplama kampaniyasında iştirak edib, yazıları olub: “Bir presedentdir ki, bu dəfə  inzibati həbs olmadı. Amma ona polisdə yazdığı facebook statusları ilə bağlı suallar verilib, tənqidlər yazdığı deyilib”.  Qeyd edək ki, E.Babayev mərhum xalq artisti Mirzə Babayevin nəvəsidir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR