İnsanlara hürriyət, millətlərə istiqlal!

Miri Yusif doğum gününü şəhid ailələri ilə keçirdi - VİDEO

437 28.10.2024 12:05 Mədəniyyət A A
 
Xalq artisti Miri Yusif doğum gününü şəhid ailələri və sevənləri ilə qeyd edib. 
 
Musavat.com xəbər verir ki, sənətçi özəl gününü öncə şəhid ailələri və fan klubunun üzvləri ilə keçirib.
 
Müğənni pərəstişkarları üçün sevilən mahnılarını səsləndirib, onlara imzalı albomunu hədiyyə edib və xatirə fotoları çəkdirib. 
 
Axşam saatlarında isə Miri Yusif şəhər restoranlarından birində konsert proqramı ilə çıxış edib.
 
Sevənləri burada da Xalq artistini yalnız buraxmayıb. Müğənni konsertdə dillər əzbəri olan mahnıları ilə yanaşı yeni albomundan hitlər də səsləndirib.
 
Miri Yusifi dinləməyə gələnlər arasında teleaparıcı Tural Əsədov və həyat yoldaşı, bloqerlər Aynişan Quliyeva, Nigar Quliyeva da yer alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR