İnsanlara hürriyət, millətlərə istiqlal!

Miqrant qırğını davam edir - Bolqarıstanda 18 qaçqının meyiti aşkarlanıb

449 18.02.2023 11:15 Dünya A A

Sofiyadan 16 kilometr şimalda yerləşən Lokorsko kəndi yaxınlığında yük maşınında 18 qeyri-qanuni miqrantın cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BTA agentliyi Bolqarıstan Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, ölənlərin əksəriyyəti əfqan əsilli miqrantlardır. Onların arasında 6-7 yaşlarında uşaq meyiti də var.

Yük maşınında taxtaların altında gizlənmiş 50-dən çox insan olub. Sürücü hadisə yerindən qaçıb.

Səhiyyə naziri Asen Medjidiyevin sözlərinə görə, sağ qalanlar qışın soyuğunda islanmış vəziyyətdə olub. Şübhəsiz ki, onlar günlərlə yemək yeməmişdilər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR