İnsanlara hürriyət, millətlərə istiqlal!

Minskdəki müxalifət tərəfdarları Azadlıq Meydanına gediblər YENİLƏNİB

1458 16.08.2020 16:24 Dünya A A

Belarusdakı müxalifət tərəfdarları kiçik qruplarla Minskdə Prezident Aleksandr Lukaşenkoya dəstək mitinqinin keçirildiyi meydana tərəfə gedirlər.

APA bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Agentliyin mitinqdə iştirak edən əməkdaşı bildirib ki, meydan tədricən insanlarla doldurulur, təxminən 5 min nəfərin iştirak etdiyi bildirilir. Müxalifətin tərəfdaşlarının az olduğu qeyd olunub, onların bəzi nümayəndələri şüarlar səsləndirirlər. 

Meydana gələnləri müayinə edən asayiş keşikçiləri isə müxalifətə mane olmur.

Mitinqdə vətənpərvərlik mahnıları səsləndirilir. 

Qarşıdan gələn mitinq iştirakçıları ölkədə barışın tərəfdarı olduqlarını bildirirlər.

Mitinqə gələn "Bellegprom" konserninin rəhbəri Tatyana Lugina bunları bildirib:

“Mən hakimiyyət və etirazçılar arasında konstruktiv dialoqun tərəfdarıyam. Əminəm ki, bölgələr Lukaşenkoya səs verdilər, qohumlarım ucqar rayonlarda yaşayırlar və siyasətdən uzaqdırlar, siyasi xəbərləri oxumurlar”.

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da baş tutub. MSK-nın son məlumatlarına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80,1% səslə seçkini qazanıb. 10,12% səslə ikinci yeri Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya tutub. O, seçkinin nəticələrini tanımayıb. 

***

Minsk şəhərinin mərkəzində yerləşən "Müstəqillik Meydanı"nda Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkoya dəstək mitinqi başlayıb.

APA bildirir ki, bu barədə sputnik.by məlumat yayıb.

Qeyd edək ki, günorta saatlarına təyin olunan mitinq bir saatdan çox gecikmə ilə başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR