İnsanlara hürriyət, millətlərə istiqlal!

Mino Rayolanı ikinci dəfə “öldürdülər”

954 28.04.2022 23:01 İdman A A

Məşhur futbol meneceri Mino Rayola yayılan ölüm xəbərlərindən sonra açıqlama verib.

“Maraqlanan hər kəs üçün hazırkı sağlamlıq vəziyyətim: Dörd ay ərzində jurnalistlərin məni ikinci dəfə öldürdükləri üçün çox qəzəbliyəm. Deyəsən, mən ölüb-dirilə bilirəm”, – futbol agenti “Twitter”də yazıb.

Qeyd edək ki, bir müddət əvvəl 54 yaşlı italyan əsilli niderlandlı menecerin xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilib. Daha sonra onun köməkçisi Minonun ölüm xəbərini təkzib edib və agentin xəstə olduğunu deyib.

Məlumat üçün bildirək ki, hazırda Rayola Ronaldu, İbrahimoviç, Poqba, Holand, Donnarumma, de Liqt, Verratti kimi futbolçuların agentidir.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR