İnsanlara hürriyət, millətlərə istiqlal!

Minlərlə xəstənin gözünü çıxardılar - Koronavirusdan sonra Hindistanda yeni pandemiya

1382 23.05.2021 18:40 Dünya A A

Hindistanda koronavirusdan sonra yeni qorxunc epidemiya yayılmağa başlayıb.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, koronavirus pandemiyasının tüğyan etdiyi Hindistanda indi də ölümcül "qara göbələk" xəstəliyi sürətlə yayılmağa başlayıb. Xəstəliyə yoluxanları xilas etmək üçün həkimlər xəstələrin bir və ya hər iki gözünü əməliyyatla amputasiya etmək məcburiyyətində qalıb.

Beləliklə həyatımıza ilk dəfə 2019-cu ilin son günlərində girən koronavirus pandemiyası planetimizin adi gündəmi olmağa davam edərkən, Hindistandan yeni qorxunc pandemiyanın yayılması xəbərləri gəlməyə başlayıb.

Mütəxəssislər qeyd edir ki, "qara göbələk" xəstəliyi daha çox koronavirusa yoluxanlarda aşkar olunur. "Mirror" qəzetinin yazdığına görə epidemiya bir çox xəstəxanaları bürüməyə başlayıb, nəticədə insanlar arasında qorxu, panik yaranıb. Xəstəliyə yoluxanların
təxminən 60 faizi bir və ya iki gözünü itirib. Xəstələrin sağ qalması üçün həkimlər həkimlər onların gözlərini əməliyyatla amputasiya etmək məcburiyətində qalıblar. İlkin məlumata görə, minlərlə xəstə bu cür əməliyyat keçirib.

Xəstəlik gənclər arasında da sürətlə yayılır. Məlumata görə 20 yaşlarında olan xəstələrin bəziləri hər iki gözünü itirib.

Sosial mediada bu məsələ "minlərlə insanın gözünü oydular" başlıqları ilə yayılaraq, insanlar arasında böyük qorxu yaradıb. Mütəxəssislərin iddiasına görə xəstəlik koronavirusla bağlı tətbiq edilən dərmanların tərkibindəki steroidlərdən qaynaqlanıb. Çünki bu dərmanlar insanın immunitet sistemini zəiflədir və şəkər səviyyəsini artırır.

Digər tərəfdən Hindistanda gündəlik koronavirusa yoluxanların və ölənlərin sayı hər ötən gün antirekord göstəricini yeniləyir.
Bu günə qədər ölkədə 26,5 milyondan çox yoluxma, 300 minə yaxın ölüm faktı qeydə alınıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR