Minik maşını ilə mikroavtobus toqquşub: xəsarət alan var
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili və "Daewoo" markalı mikroavtobus toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.
Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.






