Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. Komitə sədri Tahir Mirkişili gündəlik barədə məlumat verdi.
Gündəlikdəki ilk məsələ, Dövlət rüsumu haqqında qanuna dəyişikliklə bağlı danışan T.Mirkişili qeyd etdi ki, bir neçə gün bundan öncə bəzi mətbuat orqanlarında bununla bağlı yalan və əsassız məlumatlar yayılıb. “Xüsusilə də fiziki şəxslər tərəfindən minik avtomobillərin gətirilməsi və mobil cihazların qeydə alınması barədə məlumat müəyyən ajiotaj yaradıb. Belə informasiyanın yayılması dövlətin iqtisadi siyasətinə zərbə vurur”, komitə sədri əlavə etdi.
O, media nümayəndələrinə müraciət edərək dəqiqləşdirilməmiş informasiyaları yaymamağa çağırdı.
T.Mirkişili ardınca deputat həmkarlarına müraciətlə xahiş etdi ki, belə qanun layihələri komitə iclasında müzakirə olunmadan və Milli Məclis saytında dərc edilmədən yayılmasın.
E.Paşasoy,
Musavat.com






