İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevirdə gəlini aparan maşın qəzaya uğrayıb, xəsarət alanlar var - Foto (Yenilənib)

1462 09.09.2018 17:12 Hadisə A A

Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.

"Report”un Şirvan bürosu xəbər verir ki, Nəsimi və Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə adları hələ ki, dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

***

Mingəçevir şəhərində qəzaya düşmüş şəxslərin adları məlum olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, bunlar biri "Mercedes"in sürücüsü və eyni zmaanda bəyin xalası oğlu olan 1992-ci il təvəllüdlü Tahir İsmayılov, digəri isə gəlinin 1970-ci il təvəllüdlü qayınanası Hicran Məmmədovadır.

Hadisə gəlin toy məclisi üçün bəzədilməkdən gətirilirmiş.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR