İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevirdə 61 yaşlı kişi dəm qazından zəhərlənib

456 09.02.2014 20:00 Ölkə A A


APA-nın məlumatına görə, Mingəçevir şəhəri Xətai küçəsi 7, mənzil 18-də yaşayan 1953-cü il təvəllüdlü İsmayılov Gündüz Həsən oğlu hamam otağında olarkən su qızdırıcısının düzgün quraşdırılmaması səbəbindən içəriyə daxil olan dəm qazının təsirindən huşunu itirərək yıxılıb.

Hadisədən xəbər tutan ailə üzvləri təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət ediblər. Gündüz İsmayılov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub. Hazırda o, xəstəxanada müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR