İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevirdə 4 yaşlı uşağın üzərinə qaynar yemək qazanı aşıb

1391 07.05.2017 21:54 Kriminal A A

Mingəçevir şəhərində bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq xəsarət alıb.

 

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərdə Dəmir-Beton Məmulatları zavodunun həyətində yerləşən məcburi köçkün Rahib Məmmədlinin müvəqqəti yaşadığı evdə qeydə alınıb. Ehtiyatsızlıq nəticəsində ailənin 2014-cü il təvəllüdlü övladı Məmmədli Ömər Rahib oğlunun üzərinə yeməklə dolu qaynar qazan aşıb. Hadisə nəticəsində azyaşlı uşaq kürək və sarğı nahiyələrindən birinci dərəcəli yanıq xəsarətləri ilə Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirib. Uşaq təcili əməliyyat olunub.

 

Şöbədən verilən məlumata görə, xəstənin vəziyyəti kafidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR