İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevir su anbarının qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılıb

400 22.10.2019 16:07 Son xəbər A A

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir 22 oktyabr 2019-cu il tarixində Mingəçevir su anbarında keçirilib.

8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Mingəçevir su anbarının bir hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Mingəçevir su anbarında və digər su hövzələrində reydlər davam etdirilir.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR