İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevir-Bəhrəmtəpə yolunda ağır qəza - ölən var

492 28.02.2025 11:49 Hadisə A A

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

Musavat.com xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonu, Boşçalı kəndinin ərazisindən keçən 2-ci km-də baş verib.

Əliyev Ziya Muradxan oğlu idarə etdiyi "Hyundai IX-35" markalı avtmobillə Ələkbərov Vidadi Əkbər oğlunun idarə etdiyi "VAZ-21214" markalı avtomobil toqquşub. Zərbənin təsirindən "VAZ-21214" əks yola çıxaraq, Qəribov İsmayıl Əli oğlunun idarə etdiyi "Mercedes Benz Axor" markalı avtomobillə toqquşub. Nəticədə sürücü Vidadi Ələkbərov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR