İnsanlara hürriyət, millətlərə istiqlal!

“MİLYONERLƏR MƏHƏLLƏSİ”nin, SAHİBİ, DƏYİŞDİ

10531 30.12.2012 09:44 Ölkə A A

“Yeni Müsavat”a danışan mərhum şairin qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay dedi ki, bununla bağlı ölkə başçısı iki dəfə sərəncam imzalayıb: “Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı prezident iki dəfə sərəncam imzalasa da, şairin xatirəsinin əbədiləşdirilməsi gecikdirildi. Onun adının həmin küçəyə verilməsi ilə bağlı hər hansı bir müraciətimiz isə olmayıb”.

Qeyd edək ki, Teymur Əliyev qatı bolşeviklərdən olub və sovet dövründə inqilabi tribunaya rəhbərlik edib. Onun ən qanlı əməllərindən biri də Qoçu Nəcəfqulu daxil olmaqla 15 müsavatçının güllələnməsi barədə hökm çıxarması olub.
Adı dəyişən bu küçənin köhnə problemləri isə hələ də qalmaqdadır. Atatürk və Azadlıq prospektlərini birləşdirən bu küçədə bir avtobus dayanacağı yoxdur. Ərazidəki mağaza sahibləri deyir ki, o vaxt nəqliyyat naziri Ziya Məmmədov yolun yaxınlığında villa tikdirərkən mövcud dayanacaqların sökülməsi ilə bağlı göstəriş verib. Sakinlər dayanacaqların yerinə qaytarılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə şikayət məzmunlu məktub yollasalar da hər hansı bir nəticə verməyib.

Onu da qeyd edək ki, bir müddət əvvəl tunel tikintisi ilə bağlı “Milyonerlər məhəlləsi”ndəki tıxac problemi isə həllini tapıb. Belə ki, dekabrın 28-də Bakının Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yeraltı avtomobil tuneli istifadəyə verilib. Bu layihə metronun “Gənclik” stansiyasının ətrafındakı “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin olunmasını nəzərdə tutur.
Nəzərinizə çatdıraq ki, indiki Məmməd Araz küçəsində bir çox nazir və komitə sədrlərinin, o cümlədən nəqliyyat naziri Ziya Məmmədovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, müdafiə sənayesi naziri Yavər Camalovun, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin və digər məmurların villaları var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR