İnsanlara hürriyət, millətlərə istiqlal!

Milliyyətçilərin qurultayı mayın 15-də keçiriləcək - Məhkəmə qərar verdi

736 13.05.2016 20:15 Son xəbər A A


Ankara Məhkəməsi iş gününün sonunda qurultay qərarı verdi, hazırlıqlar olsa da, qarşıdurma təhlükəsi var

Musavat.com xəbər verir ki, mayın 13-də Ankara İkinci İcra Məhkəməsi Milliyyətçi Hərəkat Partiyasının mayın 15-də qurultay keçirməsi ilə bağlı iddianı təsdiqləyib. 

Bununla da partiyadaxili müxalifətin qurultay keçirməsi tələbləri qarşısında hüquqi mane qalmayıb. 

Qeyd edək ki, MHP-də növbədənkənar qurultay keçirilməsi üçün partiyadaxili müxalifət bir neçə ay öncə iddia qaldırıb və daxili nizamnaməyə əsasən qurultay çağırmaq üçün yetərli imza (548 imza) toplayıb. Bundan sonra məsələ məhkəməyə çıxarılıb və məhkəmə MHP-də qurultay keçirilməsi üçün heyət müəyyən edib, bu heyət isə mayın 15-nə qurultay təyin edib. Ancaq sonradan yerli məhkəmələr bu qərarı qüvvədən salan qətnamələr qəbul edib. Bununla da hüquqi çıxmaza girən MHP-nin qurultayı mövzusunda bu gün iş həftəsinin son günü, son saatlarda nəhayət qərar çıxarılıb. 

Ancaq MHP-nin vəkili Yücəl Bulut hüquqi olaraq qərarın tətbiqinin mümkünsüz olduğunu bildirib. Eyni zamanda əlva edib ki, MHP üzvləri 15 mayda keçiriləcək qurultayda iştirak etməyəcək. 

Ancaq müxalif qanad qurultayın bazar günü keçirləcəyini bildirib. MHP sədrliyinə iddialı Meral Akşener twitter hesabından “qurultayımız bazar günü keçiriləcək” deyə mesaj yayıb. 
Bildirilir ki, son qərar tətbiq olunacağı təqdirdə bazar günü, mayın 15-də Ankarada Hava Limanı yaxınlığında yerləşən Böyük Anadolu Otelində MHP-nin növbədənkənar qurultayı keçiriləcək. Artıq qurultay nümayəndələri üçün təyyarə biletləri də alınıb, saat 10-da başlayacaq qurultay üçün texniki və təşkilati hazırlıqlar tamamlanıb. Lakin “Əl-Cəzirə” kanalının məlumatına görə, hazırda əsas narahatlıq təhlükəsizliklə bağlıdır. Çünki qurultay qərarı ilə bağlı hər iki tərəf arasında gərginlik var və bu gərginliyin qurultay salonunda qarşıdurmaya çevrilməsi ehtimalı mövcuddur.

Kənan, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR