Yaponiya millisinin futbolçuları Keysuke Honda və Makoto Hasebe yığmadakı karyeralarını başa vurublar.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, onlar DÇ-2018-in 1/8 finalında Belçikaya 2:3 hesablı məğlubiyyətdən sonra bu qərarı veriblər.
Qeyd edək ki, 32 yaşlı Honda millidə 98 matçda 37 qol, 34 yaşlı Hesebe isə 114 oyunda 2 qol vurub.






