İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Yaylaq Festivalından qayıdan jurnalistlər yolda köməksiz qalıb (FOTO)

1342 30.07.2022 22:59 Ölkə A A

Bu gün Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist yağış səbəbindən hazırda Hacikənddə köməksiz vəziyyətdə qalıb.

Trend xəbər verir ki, yağış suyu torpaq yolu keçilməz edib.

Jurnalistlərin olduğu avtobusla yanaşı, festivaldan çıxan qonaqların əksəriyyəti eyni durumla üzləşib. Kilometrlərlə tıxac yaranıb, yolda hərəkət tamamilə dayanıb.

Avtobusun sürücüsü yol qurumayana qədər hərəkət edə bilməyəcəyini deyir. Çünki dolanbac aşırımlı yollarda avtobus sürüşür.

Qeyd edək ki, jurnalistlərin bugünkü səfəri Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib.

Milli Yaylaq Festivalından qayıdan jurnalistlər yolda köməksiz qalıb (FOTO)

Milli Yaylaq Festivalından qayıdan jurnalistlər yolda köməksiz qalıb (FOTO)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR