Milli Şuranın yaranması hakim düşərgəni parçalaya bilər
Məsələ ondadır ki, bu ideyanın ictimai müzakirəyə verilməsi həm İctimai Palatanı, həm də EL hərəkatını arxa plana keçirdi. Nəticədə Milli Şuranın qurulması ilə bağlı məsləhətləşmələr nəzərə alınmazsa, ölkənin siyasi məkanı sanki sükuta qərq oldu.
Ancaq müşahidələr və mövcud məlumatlar göstərir ki, Milli Şura ilə bağlı son durum hazırda müxalif düşərgə üçün pessimist proqnozları arxa plana keçirmək üçün yetərlidir. Əksinə, Milli Şuranın elan edilməsi üçün bütün hazırlıqların yekunlaşması barədə gələn xəbərlər müxalif düşərgə və cəmiyyət üçün yeni siyasi mərhələnin uzaqda olmadığını sezdirir.
Bəzi məlumatlara görə, EL rəhbəri Eldar Namazovun artıq yekunlaşmış Moskva səfəri Milli Şura mövzusunu müsbət sonluğa bağlamaq üçün kifayət edə bilər. Çünki həm E.Namazova yaxın mənbələrin, həm də onun Moskvada görüşdüyü Rüstəm İbrahimbəyovun açıqlamalarına görə, Milli Şuranın ən yaxın günlərdə elan edilməsi üçün, demək olar ki, hər şey hazırdır. Həmin görüşdə E.Namazovun Rüstəm İbrahimbəyovla Milli Şuranın yekun tərkibini razılaşdırdığı da bildirilir.
Verilən məlumata görə, Milli Şuranın yaradılması üzrə danışıqlarda əsas bir neçə şərt ön planda olub. Həmin şərtlərin sırasında bu quruma daxil olacaq siyasi qüvvələrin və şəxslərin prezidentliyə namizədliklə bağlı iddialarından bəribaşdan imtinası xüsusi yer tutub. Və Milli Şuranın prezidentliyə vahid namizədinin daha irəli zaman intervalında müəyyənləşdirilməsi planlaşdırılıb. Ancaq bəzi məlumatlara görə, Milli Şuranın prezidentliyə namizədi bu qurumun tərkibində yer alacaq siyasi liderlərdən heç biri olmaya bilər. Və bu şəxsin Azərbaycan cəmiyyəti üçün sürpriz bir isim ola biləcəyi də istisna deyil.
Buradan belə nəticə çıxır ki, Milli Şurada təmsilçilik üçün müəyyən şərtlər irəli sürən, hətta özlərinə yaxın bildikləri şəxslərin də orada yer almasında israr edən bəzi siyasi qüvvələrin bu prosesdən kənarda saxlanması o qədər də gözlənilməz olmayacaq.
Digər önəmli bir məqam Bakı və Moskvada məsləhətləşmələrin sona çatmasının ardınca yekun müzakirələrin Türkiyə ərazisində aparılacağı ilə bağlıdır. Verilən məlumata görə, Eldar Namazov, İsveç səfərindən sonra Türkiyəyə yola düşmüş Müsavat başqanı İsa Qəmbərlə birlikdə bu qardaş ölkədə məsləhətləşmələr aparacaq. Milli Şuranın elan edilməsi ilə bağlı yekun qərarın da məhz bu məsləhətləşmələrdən sonra qəbul ediləcəyi gözlənilir.
Daha bir önəmli məqam Milli Şuraya hakimiyyət düşərgəsinin görünməmiş marağı ilə bağlıdır. Belə ki, hakim siyasi dairələr əsasən, bu birlik formatı ilə bağlı müzakirələri ciddi izləyir. Hətta bəzi hallarda, hakim dairələr Milli Şura ideyasından qəzəbləndiklərini də büruzə verir. Ola bilsin ki, hakimiyyət ilk dəfə olaraq müxalifətin bu qədər geniş formatda birləşməsini gözləmirdi. Hətta bəzi məlumatlı mənbələr vurğulayırlar ki, hakimiyyətdə bu birlik formatının müxalif düşərgənin mübarizə imkanlarını 2003-cü il səviyyəsinə qaytara biləcəyindən narahatdırlar. Ona görə də hakim siyasi dairələr Milli Şura ilə bağlı cəmiyyətdə mümkün qədər antitəbliğat aparırlar.
Hakim dairələrin Milli Şuraya indeksli əndişələrinin daha bir səbəbi müxalifətin bu birlik formatının baş tutacağı təqdirdə, iqtidar komandasını parçalaya biləcəyi ilə bağlıdır. Çünki adətən, “batacaq gəmi”də səfəri davam etdirməyə həvəsli olanların sırası o qədər də sıx olmur. Və bəzi məlumatlara görə, hakimiyyətdə Milli Şura ideyası ətrafında cərəyan edən proseslərin iqtidar komandasını artıq silkələməyə başladığı barədə informasiyalar var.
AXP sədri Pənah Hüseynin hətta iqtidarda yüksək vəzifə tutmuş bəzi şəxslərin artıq Milli Şura ilə bağlı prosesə qoşulduğunu vurgulaması da hakim siyasi dairələrin narahatlığına və qıcıqlanmasına kifayət qədər əsasların olduğunu göstərir. İndi belə anlaşılır ki, hakimiyyət Milli Şura ideyası üzərinə bütün arsenalıyla hücum etməsinə baxmayaraq, hələ elan edilməmiş bu birlik formatı ilə bağlı proses artıq indidən hakim düşərgəyə sıcrayaraq, “iqtidar gəmisi”ndə çatlar əmələ gətirməyə başlayıb. Deməli, Milli Şuranın elan ediləcəyi və qətiyyətli mübarizəyə üstünlük verəcəyi təqdirdə, iqtidarın “monolit komanda”sı parçalanaraq Mütəllibov hakimiyyətinin taleyini təkrarlaya bilər.
Ancaq Milli Şuranın elan edilməsi müxalifətə nə qədər cəlbedici perspektiv vəd edirsə, prosesin əks istiqamətə yönəlmə ehtimalı da bu düşərgəyə bir o qədər təhlükəli nəticələr vəd edir. Yəni Milli Şuranın yaradılmayacağı təqdirdə, müxalifət düşərgəsinin indiki elitası tarixdə özünə künc-bucaq axtarmaq barədə düşünmək məcburiyyətində də qala bilər.