İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Şuranın “şər atmaq fəaliyyəti”nə müxalifətdən sərt reaksiya

4289 02.07.2020 09:40 Siyasət A A

Milli Şuranın onlayn iclaslarından yayılan son videogörüntü günlərdir müzakirə edilir. Həmin görüntülərdə qurumun Koordinasiya Mərkəzinin üzvü, Fransada yaşayan mühacir jurnalist Qənimət Zahidin açıq şəkildə işlərinin hakimiyyətə şər atmaq olduğunu deməsinə  cəmiyyət tərəfindən də sərt təpkilər göstərilir.

 

Bununla bağlı müxalif partiyaların mövqelərini aldıq.

 

ALDP rəhbəri Fuad Əliyevin mövqeyi kifayət qədər sərt oldu: “Milli Şura adlanan qurum fəaliyyət istiqamətini düzgün seçməyib. Ümumiyyətlə, hara və niyə getdiyinin fərqində deyil. Qurumun əsas məqsədi anti-Azərbaycan təbliğatı aparmaqdır ki, bunu da daha çox internet üzərindən həyata keçirir. Xaricdə məskunlaşan, milli hisslərini itirənlərin çoxundan istifadə etməklə dövlət və dövlətçiliyimizə qarşı çıxışlar edirlər. Biri var ki, hakimiyyətlə mübarizə aparasan, bir də var dövlətlə.

Fuad Əliyev: Mənə heç kim kömək olmadı... - AnTv

Fuad Əliyev: “Onlar dövlətə qarşı çıxır”

Milli Şura dövlətə qarşı çıxır, xaricdən Azərbaycana edilən hər bir təhdid Şuranın sevincinə səbəb olur. ”Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipindən çıxış edir. Özləri də etiraf edirlər ki, onların işi hakimiyyəti şərləməkdir. Bir gün eşitsək ki, Milli Şura istəyinə çatmaqdan ötrü hətta Qərbdə ermənipərəst qüvvələrlə əməkdaşlıq edir, mən heç də təəccüblənmərəm. Belə fəaliyyət istiqaməti Azərbaycana, xalqa xəyanət deməkdir. Bunlar ağa qara, qaraya ağ deyirlər. Müxalifət hakimiyyətin səhv addımlarını, verilən səhv qərarları göstərib, alternativ çıxış yolları irəli sürməlidir".

Arzuxan Əlizadə hökumətə səsləndi: “Bəlkə insanların səbir ...

Arzuxan Əlizadə: “Bu adamlar özlərini bitiriblər”

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə: “Düzü, son günlər ardıcıl olaraq ”milli" adlanan bu qurumun toplantılarından biri-birindən rəngarəng o qədər videolar yayılıb ki, artıq kimin nə dediyinin fərqinə varmaq da əhəmiyyətsiz görünür. Təəssüf ki, müxalifət kimi təqdim olunan həmin qrupun üzvləri bu toplantılarda mütəmadi olaraq etdikləri qeybət xarakterli və qeyri-ciddi fikirləri ilə gündəmə gəlirlər. Bir halda ki, ölkənin müxalifət düşərgəsində olan təşkilatları və siyasətçiləri aşağılayan fikirlər səsləndirir, neftin qiymətinin aşağı düşməsinə sevinir, söyüş və təhqir ritorikasını gündəlik fəaliyyətlərinin tərkib hissəsi kimi qəbul edir və bütün bunların fonunda öz millətindən və təhqir etdiyi şəxslərdən deyil, mental dəyərlərimizə tamamilə yad olanlardan üzr diləyirlər, deməli, bunların hakimiyyətdə olanları şərləmək vərdişinə və metoduna da təəccüblənmək lazım deyil. Bu adamlar ictimailəşən davranışları ilə özlərini bitiriblər. Mən baş verənlərə yalnız təəssüfümü bildirirəm".ə

Əhəd Məmmədli: "Biz fərdlərə deyil, ideologiyaya söykənmişik ...

Əhəd Məmmədli: “Rəqiblərə qarşı ədalətli davranmaq lazımdır”

AĞ Partiya başqanının I müavini Əhəd Məmmədlinin mövqeyi bu cür oldu: “Müxalifətin işi tənqid etməkdir. Amma biz AĞ Partiya olaraq ağa ağ, qaraya qara deməyin tərəfdarıyıq. Yəni siyasi fəaliyyət tənqid ,şər, böhtan üzərində deyil, həqiqət, obyektivlik üzərində qurulmalıdır. Rəqiblərə qarşı ədalətli davranmaq lazımdır. İqtidar-müxalifət münasibətləri şəxsi müstəvidə kin-küdurət haqq-hesabına çevrilməməlidir. İqtidar-müxalifət münasibətləri sivil, sağlam rəqabət üzərində qurulmalıdır. Biz Azərbaycanda bu cür siyasətin olmasının tərəfdarıyıq”.

Xalqı Əli Kərimlinin pafoslu çıxışları yox, problemlərin həlli ...

Ehtiram Mehdiyev: “Xilas yolu siyasətdən birdəfəlik getməkdir”

Deputat Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin sədr müavini Ehtiram Mehdiyev Milli Şura rəhbərliyini siyasətdən getməyə çağırdı: “Azərbaycanda bu günə qədər Milli Şura kimi fiaskoya uğramış ikinci siyasi təşkilat olmayıb. Milli Şura 2013-cü il seçkisindən sonra cəmiyyətdə özü haqqında yalnız mənfi fikirlər formalaşdırıb. Müxalifətin birləşməsi adı altında yaranan bu qurum sonradan pozucu, dağıdıcı bir qüvvəyə çevrildi. Milli Şuranın yaranmasına böyük ümidlərlə baxan müxaliflər xəyal qırıqlığına uğradılar. Artıq faktiki olaraq Əli Kərimlinin rəhbərlik etdiyi bu qurum müxalifətin ən böyük probleminə çevrilib. Milli Şura müxalifətin illərdir formalaşmış imicinə də zərbə vurdu. Hesab edirəm ki, məlum video batmaqda olanları dərin suallara qərq edəcək. Xilas yolu siyasətdən birdəfəlik getməkdir. Çətin də olsa onlar bu cəsarətli addımı atmalıdırlar. 80-ci illərdən sonra doğulan yeni nəsil gəncliyi ”Milli Şura" kimi siyasi təşkilatları qəbul etmir. İntellektual gəncliklə milli olmayan təşkilatlar arasında kəskin uçurum var. Gənclik yenilik, inkişaf, onlar isə kreslolarını möhkəmlətməyin yollarını axtarır. Ümumiyyətlə, siyasi mübarizənin status-kvo şərtləri tez bir zamanda dəyişdirilməli, iqtidar tərəfindən uğurla həyata keçirilən islahatlara müxalifət də qoşulmalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR