İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Şuranın mitinqindən xalqın xəbəri yoxdur -VİDEOSORĞU

9139 20.09.2017 17:13 Ölkə A A

Milli Şura sentyabrın 23-də saat 15-dən 17-dək «İnşaatçılar» metrosunun yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirməyə hazırlaşır.

Onu da qeyd edək ki, mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən məktub bu gün cavablandırılıb. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin sentyabrın 23-də keçirməsi ilə bağlı müsbət cavab verib. Lakin ehtimal olunurdu ki, mitinq həftənin şənbə günü təxirə salınsın və bazar gününə keçirilsin.

Artıq sosial şəbəkə vasitəsilə Milli Şuranın rəhbərliyinə daxil olan şəxslərin xalqı mitinqə çağıran müraciətləri yayılıb.

Qeyd edək ki, Milli Şurada AXCP aparıcı qüvvə kimi çıxış edir və keçirdikləri mitinqlərin də iştirakçıları əsasən bu partiyanın üzvlərindən ibarət olur.
Bəs görəsən vətəndaşlar ölkədə keçiriləcək mitinqdən məlumatlıdırlarmı?

Musavat.com-un müxbiri paytaxt sakinləri arasında videosorğu keçirib. “Mitinqə gedəcəksinizmi?” sualı ilə vətəndaşlara müraciət edib.
Keçirdiyimiz sorğuda 30-a yaxın vətəndaş iştirak edib. Əksər sorğu iştirakçıları mitinqin keçirilməsindən xəbərsiz olduqlarını, mitinqlərdə iştirak etmədiklərini dilə gətiriblər.

Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.

Məğrur Mərd
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR