İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Şura funksioneri Müsavat və REAL-a “rəhmət” oxudu - cavab gecikmədi

2691 14.03.2020 09:50 Siyasət A A

Natiq Cəfərli: “Ağsaqqal kişidir, özünü mədəni aparmaqdansa...”

 

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kinodramaturq Eldəniz Quliyev Müsavat və REAL partiyalarını hədəf alıb. Onun Facebook profilində paylaşdığı status ciddi qalmaqal yaradıb. Həmin statusu təqdim edirik:

 

 

“Nə vaxtsa  REAL adlı bir qurum var idi. İndi yoxdur! Və nə vaxtsa Müsavat adlı möhtəşəm bir partiya da var idi. İndi o da yoxdur! Deyirlər, diriyə də rəhmət düşür. Belədirsə, Allah rəhmət eləsin!”

Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı ile ilgili görsel sonucu

Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı dramaturqun statusuna bu rəyi yazıb: “Allah özünü diri ikən ölülüyə, gözləri görə-görə korluğa vuranlara şəfa versin”.

Müsavat Məclisinin üzvü Valeh Hümbətoğlu isə Milli Şura funksionerinə yazdığı rəydə bu reaksiyanı verib: “Eldəniz Quliyev, siz Əli bəydən möhkəm yapışın, onun bir dediyini iki etməyin. Birdən Milli Şuradan gedər, havada çətirsiz qalarsınız”.

Belə ehtimallar var ki, REAL-dan deputat seçilən Erkin Qədirlinin parlamentə getməsi Milli Şurada qıcıq oyadıb və bu səbəbdən bu cür reaksiyalar verilir.

REAL-ın icra katibi Natiq Cəfərli ile ilgili görsel sonucu

REAL-ın icra katibi Natiq Cəfərli E.Quliyevə sərt cavab verdi: “O, ilk dəfə deyil ki, belə tərbiyəsiz, aşağılayıcı cümlələr işlədir. Ona cavab verməyin özü onu hörmətə mindirməkdir. Ən azından özünə, etdiyi əməllərə, keçmişinə baxsın, özü haqqında formalaşan fikirlərini görsün, özü-özlüyündə bir nəticə çıxarıb başqalarına çamur atmaqdansa, üzərində olan qara ləkələri təmizləməsi üçün addımlar atsa, daha yaxşı olar. Onun çox qaranlıq keçmiş, müxtəlif qaranlıq əlaqələrinin olması heç kimə sirr deyil. Real işlərlə məşğul olan siyasi təşkilatlara söz atmaqdansa, boşboğazlıq etməkdənsə, əməli işlər görsə, bu işlərlə cəmiyyətin gündəminə gəlsə, daha yaxşı olar. Ağsaqqal kişidir, özünü mədəni aparmaqdansa, ümumi siyasi kursa bir mədəni yön verməkdənsə, tərbiyəsiz balaca uşaq kimi özünü aparması elə də yaxşı hal deyil”.

N.Cəfərli Erkin Qədirlinin parlamentdə getdiyinə görə bu cür hallarla üzləşdikləri barədə ehtimallara da aydınlıq gətirdi: “Orada problem odur ki, təmsil olunduğu qurumda təmsil olunan şəxslərin keçmişinə baxsın, onların necə deputat olub, necə deputatlıqda təmsil olunduqlarına baxsın, sonra bununla bağlı fikir bildirə bilər. Həmin Milli Şuranın rəhbəri, hörmətli Cəmil müəllim 2005-ci ildə mandatı qəbul etdiyinə görə partiyadan kənarlaşdırıldı. İndi həmin qurumunun başındadır. 10 il həmin parlamentdə oturan şəxsdir. Orada 10 il deputat olan Gültəkin xanım da var. Heç kimin tanımadığı gənc bir xanım 2000-ci ildə necə deputat olmuşdu? Onunla bağlı danışsa, daha yaxşı olar. Erkinin parlamentdə təmsil olunması cəmiyyəti bilgiləndirmək, cəmiyyəti maraqlandıran məsələlərin qanunverici orqanda qaldırılması üçün bir fürsətdir. Bu fürsəti bizlər dəyərləndirmək istədik. Ümumilikdə məhdudiyyət qoymuşuq ki, bir il ərzində orada təmsilçiliyi cəmiyyətimizə, xalqımıza ciddi xeyir verəcəksə, onun gələcəkdə də fəaliyyətinin davam etdirilməsi ilə bağlı bir ildən sonra qərar veriləcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR