Milli Şura cərimələnən aksiyaçılara pul ödəməyə başlayıb
Milli Şuranın sədr aparatının üzvü Oqtay Gülalıyev fevralın 18-də “Media forum” saytına bildirib ki, marafonda toplanan vəsaitin cərimələnənlər arasında bölünməsi başa çatıb: “Toplanan vəsait cərimələrin ümumi məbləğindən az olsa da, pul cərimələnənlər arasında bərabər bölünüb. Kimsə kənarda qalmayıb. Fevralın 17-dən pulların verilməsinə başlanılıb. Həftə sonuna kimi bu prosesi yekunlaşdırmaq istəyirik”.
Qarabağ döyüşçüsü Zaur Həsənovun intihara vadar edənlərin cəzalandırılması tələbi ilə keçirilmiş aksiyaya görə Səbail Rayon Məhkəməsi 16 nəfəri 300-500 manat məbləğində cərimələyib. Cərimələrin ümumi məbləği 5 min 350 manatdır.






