Milli QHT Forumu jurnalistləri mükafatlandırdı - FOTOLAR
Milli Mətbuatın 140 illiyi münasibətilə Milli QHT Forumu tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni Milli Mətbuatın tarixi, keçmişi və bu günki durumu haqda danışıb:
“Əkinçi” qəzeti, onun yaradıcısı Həsən bəy Zərdabi kimi şəxsiyyətlərin fəaliyyətləri ilə yaxından tanış olanda görürük ki, biz bu gün heç nə etməmişik. Gənc jurnalistlər yorulmadan çalışmalıdırlar. Vətəndaş cəmiyyətinin inkişafında mətbuatın çox böyük rolu var”.
Daha sonra çıxış edən Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu mətbuat tarixinə qısa nəzər salıb.
Çıxışlardan sonra bir sıra mətbuat orqanlarına təşəkkürnamə verilib, jurnalistlər mükafatlandırılıb. Mükafatlandırma mərasimində xalq artisti Flora Kərimova, tanınmış bəstəkar Sevinc Tofiqqızı da iştirak edib.
Xalidə Gəray






