MİLLİ QƏHRƏMANIN ANIM MƏRASİMİ KEÇİRİLDİ
Kitab “Qanun” nəşriyyatında çap olunub. Kitabda Azərbaycanın Milli Qəhrəmanı Ş.Abdullayevin keçdiyi döyüş yolundan bəhs olunur. Tədbirdə bir sıra ziyalılar, o cümlədən milli qəhrəmanın atası Cəmil Abdullayev iştirak edirdi. C.Abdullayev çıxış edərək oğlu ilə bağlı xatirələrindən danışdı: “20 ildən sonra oğluma həsr olunan bu kitab mənim təsəvvürümdə ona qoyulmuş bir heykəldir. Mənim bir arzum var ki, Şövqiyar kimi oğullar yetişsin və erməni tapdağı altında qalmış torpaqlarımızı geri alsın”.
Tədbirdə həmçinin şairə Məleykə Göyçəli, “Dədə Qorqud Milli Fondunun” prezidenti Eldar İsmayılov və digər ziyalılar çıxış etdi. Tədbir Ş Abdullayevin torpağa tapşırıldığı günə təsadüf edirdi. Ş.Abdullayev 20 il öncə Şəhidlər Xiyabanında dəfn edilib. O, 5 aprel 1969-cu ildə Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndində müəllim ailəsində anadan olub. 1986-cı ildə doğulduğu kənd məktəbində orta təhsilini başa vurmuş və Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) qəbul olmuşdu. 1989-cu ildə həqiqi hərbi xidmətə çağırılmış və Monqolustanda tank qoşunları tərkibində xidmət edib. O vaxt ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başlamışdı.
Ş.Abdullayev hərbi xidmətdən tərxis olunanda ailəsi Göyçə mahalını tərk etmiş, Bakıya pənah gətirmişdi. Təhsilinin sonuncu kursunda könüllü olaraq cəbhəyə yazılmış Ş. Abdullayev Ağdamda yaradılmış tank briqadasına göndərilib. Ağdamın Papravənd, Pircamal, Aranzəmin, Dranbon və s. kəndləri uğrunda amansız döyüşlərdə iştirak edib. 1992-ci il avqustun 27-də xalqımızın cəsur döyüşçüsü gedən döyüşlərdə şəhid olub. Heydər Əliyevin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Şövqiyar Abdullayevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Allah rəhmət eləsin!