İnsanlara hürriyət, millətlərə istiqlal!

MİLLİ QƏHRƏMAN “EL” HƏRƏKATINA KEÇMƏSİNİN SƏBƏBİNİ AÇDI

3257 17.03.2013 09:42 Siyasət A A
Bunu deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Goranboy rayon təşkilatının sədri, Milli Qəhrəman Maşallah Abdullayev modern.az-a açıqlamasında bildirib. Milli Qəhrəman BAXCP-nin Goranboy təşkilatının istefa verdiyini təsdiqləyib. M.Abdullayev istefa etmələrinin səbəbini partiyadakı ayrıseçkiliklə bağlı olduğunu deyib.
“El” hərəkatına qoşulduqlarını bəyan edən Milli Qəhrəman bu qərarlarının BAXCP rəhbərlyi tərəfindən xoş qarşılanmayacağını vurğulayıb: “BAXCP rəhbərliyinin də yəqin ki, münasibəti xoş olmaz. Mən Söhrab bəylə danışdım. Ona bildirdim bu haqda onunla yaxşı münasibətlərimiz olub, dəfələrlə çörək kəsmişəm. O da məndən incimədi. Dedim ki, vəziyyət belədir. Bildiyimiz kimi, biz Qüdrət Həsənquliyevi çox çətinliklə deputat seçdik. Amma partiyada hamı bir-biri ilə qarşıdurma yaratdı, ayrı-seçkilik oldu. Biz də düzgün qərar verdik. Partiyada istefa verdik. İnanıram bundan sonrakı fəaliyyətimiz daha uğurlu olacaq”.
Qeyd edək ki, BAXCP-nin Goranboy rayon təşkilatının sədri, Milli Qəhrəman Maşallah Abdullayev “El” hərəkatının təşkilat komitəsinin üzvüdür.
“Təşkilatın digər üzvlərinin də partiyadan getməsi barədə yayılan məlumatlar doğru deyil”. Bunu deyən BAXCP-nin baş katibi Söhrab Abdullayev M.Abdullayevin və rayon təşkilatının digər üzvlərinin partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. S.Abdullayev partiyanın mətbuat xidmətinə bildirib ki, Maşallah Abdullayevin partiyadan getməsi və “El” hərəkatına qoşulması ilə bağlı məsələ BAXCP İdarə Heyətinin martın 18-də keçiriləcək növbəti iclasında rəsmiləşdiriləcək: “Maşallah Abdullayevlə yanaşı BAXCP Goranboy təşkilatının digər üzvlərinin də partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlar doğru deyil. Maşallah Abdullayevə isə uğurlar arzulayırıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR