İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli qəhrəman adından məhrum edilən Rasim Əkbərovu öldürmək istəyən şəxsin məhkəməsi başlayır  

731 16.12.2021 15:58 Kriminal A A


“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Rasim Əkbərovu öldürməyə cəhddə ittiham olunan şəxsin məhkəməsi başlayır.

Xatırladaq ki, 23 iyun 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adını alan, 1 yanvar 1994-cü ildə isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən R.Əkbərov ölkədə dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunub. Bundan sonra qeyd edilən adlardan məhrum edilən R.Əkbərov 2008-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, cinayət işi üzrə araşdırma Gəncə Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.

Bildirək ki, cinayətdə ittiham olunan şəxs Xaliq Məmmədov hadisəni bir qadına görə törətdiyini bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 29.120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR