Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) prezidenti Şeyx Əhməd Əl Fahad Əl Sabah postundan ayrılacaq.
"Report" "Inside the Games" nəşrinə istinadən xəbər verir ki, o, Küveyt hökumət nümayəndələrinə qarşı sui-qəsdə saxta videolar yaratmaqda şübhəli bilinir.
Seyx Əhməd həmçinin Belnəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya Həmrəyliyi Komissiyasının sədri vəzifəsini müvəqqəti tərk edib və araşdırma başa çatana qədər onun üzvlüyü dayandırılıb. IOC-un prezidenti Tomas Bax Şeyx Əhmədin istefa verməsini istəyib. O, noyabrın 28-də ANOC-un prezidenti postundan uzaqlaşdırılacaq.
Onu bu postda müvəqqəti olaraq Fiji Okeaniya Olimpiya Komitələri Assosiasiyasının prezidenti Robin Mitçell əvəzləyəcək. Son hadisələrlə bağlı qurumda seçkilərin də təxirə salınması qərarı verilib. ANOC-un prezidenti uruqvaylı Xulio Maqlione olmalı idi, amma o, bundan imtina edib.
Qeyd edək ki, ANOC 1979-cü ildə yaradılıb. IOC tərəfindən tanınan qurum 206 milli olimpiya komitəsini bir araya gətirir. Şeyx Əhməd Əl Fahad Əl Sabah 2012-ci ildən bu qurumun prezidentidir.






