Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclası başa çatıb.
APA-nın məlumatına görə, plenar iclasda 38 qanun layihəsi müzakirə edilib.
Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası iyunun 30-da keçiriləcək.
İclasın gündəliyi hələlik məlum deyil.






