İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin iclası başlayıb: deputatlar hərbçilərin maaşından və YAP-ın qurultayından danışdılar

942 09.03.2021 11:26 Son xəbər A A

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova giriş nitqində YAP-ın martın 5-də keçirilən qurultayından bəhs etdi. Sədr Mehriban Əliyevanın YAP sədrinin birinci müavini seçilməsi münasibətilə təbrik etdi, deputatlar isə alqışları ilə bu təbrikə qatıldılar.

S.Qafarova son günlər geniş müzakirələrə səbəb olan digər məsələdən, hərbi qulluqçuların maaşının artırılmasından da bəhs etdi. Bildirdi ki, bu günlərdə postmüharibə dövrünün qaydalarına uyğun olaraq hərbi qulluqçuların vəzifə maaşlarına xidmət etdikləri mövqelər nəzərə alınmaqla 50-100 faiz həcmində müddətli əlavələr edilib. “Hərbçilərimizin problemlərinin həlli həmişə olduğu kimi, bundan sonra da dövlətimizin diqqətində olacaq”, spiker əlavə etdi.

Deputat Kamaləddin Qafarov YAP-ın 7-ci qurultayı barədə çıxış etdi. “Sevinclə qeyd etmək istəyirəm ki, YAP-ın yeni İdarə Heyətinin təqribən yarısını bizim millət vəkilləri təşkil edir”, - deyən deputat əlavə etdi ki, qurultayın qəbul etdiyi əsas qərarlardan biri də YAP Veteranlar Şurasının yaradılması, siyasi varisliyin təmin edilməsidir.

Deputat Azay Quliyev YAP-ın martın 5-də keçirdiyi qurultay və cənab prezidentin çıxışı sözün əsl mənasında tarixi hadisədir. A.Quliyev ölkədə siyasi dialoq istiqamətində atılan addımları da təqdir etdi və yüksək qiymətləndirdi.

Deputat Cavid Osmanov da öz növbəsində YAP-ın qurultayından bəhs etdi və ona göstərilən etimadı doğruldacağına söz verdi.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR