İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin iclası başladı: deputat Rusiya-Azərbaycan münasibətlərindən danışdı

674 04.03.2022 11:36 Son xəbər A A

Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Deputat Elman Nəsirov cari məsələlərlə bağlı çıxış edərkən Rusiya-Ukrayna müharibəsi kontekstində dünyada yaşanan enerji problemindən bəhs etdi. Deputat dedi ki, bəzi qüvvələr mövcud durumda Azərbaycanın Avropaya qaz ixracını həyata keçirməklə Rusiya bazarına rəqib olacağı ilə bağlı yanlış fikirlər tirajlayır.

Deputatın sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxması şəraitində bu cür fikirlərin yayılması doğru deyil.

E.Nəsirov bəzi rəqəmləri çatdıraraq bildirdi ki, Avropanın qaza olan illik tələbatı 500 milyard kubmetrdi: “Rusiya bunun 150 milyardını satırdı. 2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib. Bu il rəqəmin 9,2 milyarda, gələn il 11 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Belə olan halda biz necə Avropaya 150 milyard kubmetr qaz ixrac edən Rusiyaya rəqib ola bilərik?”

Deputat dedi ki, bizim enerji siyasətimiz heç bir halda Rusiyanı hədəfə almayıb.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR