İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin deputatları tarixi qələbə gününə həsr olunmuş tədbirdə iştirak ediblər FOTOLAR

700 05.11.2021 11:20 Ölkə A A

"EMEDIA GROUP" Media təşkilatının təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Tarixi Qələbə Zəfər gününə həsr olunmuş "ZƏFƏR ANI" adlı tədbir təşkil olunub.

Musavat.com xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Vüqar İskəndərov, Aydın Hüseynov, Fazil Mustafa və səfirlər, incəsənət xadimləri, qazilər, iştirak ediblər.

Əvvəlcə Milli Məclisin deputatları Vüqar İskəndərov, Aydın Hüseynov və Fazil Mustafa çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, nadir hərbi-siyasi gedişləri, dəmir yumruğu, əyilməz iradəsi və cəsarəti, yüksək peşəkarlığa malik qəhrəman və qorxmaz Azərbaycan Ordusu, xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik müharibənin taleyini həll etdi. Müzəffər Ali Baş Komandanımız və şanlı Azərbaycan Ordusunun ön cəbhədə vuruşan hər bir nümayəndəsi bizim ən yeni tariximizin qəhrəmanlarıdır. Onlar nəinki Azərbaycanın, hətta dünyanın hərb tarixində yeni səhifə açdılar. Müstəqil Azərbaycan müasir tariximizin iki qüdrətli Liderinin – müstəqil Azərbaycan dövlətinin qurucusu olan ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir.

Daha sonra  II Vətən müharibəsi iştirakçıları mükafatlandırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR