Azərbaycan parlamentinin üzvü A.Mirzəzadə: "Azərbaycan-Çin münasibətləri dostluq və qarşılıqlı mənfəət əməkdaşlığı prinsipləri üzərində qurulub"
Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə Sinxua agentliyinin müxbirinə müsahibəsində indiki Azərbaycan-Çin münasibətlərinin səviyyəsini dost və səmərəli münasibətlər adlandırıb.
Onun sözlərinə görə, onlar dostluq və qarşılıqlı mənfəət əməkdaşlığı üzərində qurulub. Deputat "bizim ölkələr beynəlxalq aləmdə bütün dünyada stabilliyin qurulması, inkişafın təmin edilməsi və sülhün əldə edilməsi uğrunda birgə mövqelərdən çıxış edirlər", - deyərək əlavə edib ki, Pekin Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, Bakı isə “Bir Çin” siyasətini dəstəkləyir.
Parlament üzvü həmçinin qeyd edib ki, Azərbaycan Çin Xalq Respublikasının irəli sürdüyü və həyata keçirdiyi “Bir kəmər, bir yol” təşəbbüsünü müdafiə edir. O, deyib ki, "zaman sübut etdi ki, bu təşəbbüs bir çox ölklərin, o cümlədən Azərbaycanın maraqlarına xidmət edir. O imkan verir ki, bu strateji yol ətrafında yerləşən ölkələrin qarşılıqlı mənfəətini əldə etməsi üçün səylərini birləşdirsin, milyonlarla yeni iş yeri yaratsın, müharibə və münaqişləri aradan qaldırsın”.
"Çin Xalq Respublikası və Azərbaycanın əməkdaşlıq perspiktivlərindən danışarkən deputat vurğuladı ki, iki ölkənin bir çox sahələr üzrə qarşlıqlı əməkdaşlığını genişləndirmək böyük potensial vardır. Biz möhkəm dostlar olduq", - A.Mirzəzadə deyib.
Onun sözlərinə görə, parlamentlərarası əlaqələr ikitərəfli əlaqələrə böyük impuls verir. Aydın Mirzəzadə vurğulayıb ki, "Hər iki ölkənin parlament üzvləri qarşlıqlı surətdə çoxsaylı səfərlər ediblər, bu zaman tək fikir mübadiləsi və təcrübə mübadiləsi edilməyib. Həmçinin ikitərfli dostluq əlqələri üçün möhkəm zəmin yaranıb. Bütün bunlar bir tərəfdən Azərbaycan və Çin parlament əlaqələrinə müsbət təsir edir, digər tərəfdən qarşlıqlı surətdə iki ölkə və xalqlar rasında dostluğun möhkəmlənməsinə təsir edir".






