İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin deputatı ATƏT PA-nın Büro iclasında iştirak edəcək

213 04.04.2025 16:51 Siyasət A A

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, bu qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri və Büro üzvü Azay Quliyev aprelin 5-dən 8-dək Danimarkanın Kopenhagen şəhərində səfərdə olacaq.

Musavat.com xəbər verir ki, səfər çərçivəsində Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək.

İclasda qurumun məsul şəxslərinin məruzələri dinlənəcək, ATƏT regionundakı ictimai-siyasi vəziyyət müzakirə olunacaq, ATƏT PA-nın fəaliyyəti haqqında məlumat veriləcək, Assambleyanın qarşıdakı 32-ci illik sessiyasına hazırlıq  və digər məsələlərə baxılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR