İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisə yeni mətbuat katibi təyin olundu - FOTO

930 06.05.2020 14:52 Son xəbər A A

Parlament Aparatında aparılan struktur və kadr dəyişiklikləri çərçivəsində yeni yaradılmış Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir – Milli Məclisin Mətbuat katibi vəzifəsinə Ceyhun Yusif oğlu Əliyev təyin edilib. Məlumata görə, parlamentin Sədri Sahibə xanım Qafarova bu haqda müvafiq sərəncam imzalayıb. Bu barədə Musavat.com-a Milli Məclisin şöbə müdirinin müavini Mehman Qaibov məlumat verib. Ceyhun Əliyev bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, Ceyhun Əli bu təyinatadək İctimai Televizyada aparıcı idi. Dünən yayılan xəbərlərdə Milli Məclisdə yeni mətbuat katibi vəzifəsinə AzTV-nin aparıcısı Elnar Məmmədlinin təyinat aldığı bildirilmişdi... Amma E.Məmmədli bu gün səhər Modern.az-a onun təyinatının təsdiqlənmədiyini söyləyib.

Milli Məclisin yeni mətbuat katibi Ceyhun Əli - Əliyev Ceyhun Yusif oğlu 1984-cü ildə Salyan şəhərində doğulub. Orta təhsilini Bakıdakı xüsusi təmayüllü İncəsənət Gimnaziyasında alıb. 2002-2006-cı illərdə Bakı Slavyan Universitetinin filologiya fakültəsində təhsil alıb.
Tələbəlik illərindən televiziyada təcrübəçi-diktor olaraq iş həyatına başlayıb.

Ali məktəbi bitirəndən sonra ATV-də aparıcı, “AzerTelecom” şirkətində İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri işləyib. Son iş yeri İctimai Televiziya olub.

E.Paşasoy, 
"Yeni Müsavat"

Ceyhun Əli Milli Məclisin mətbuat katibi təyin edilib

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR