İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə “Qarabağ”ın qələbəsindən danışıldı

941 23.02.2024 12:18 Son xəbər A A

Milli Məclisin növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə başlayıb.

Musavat.com xəbər verir ki, gündəliyin təsdiq olunmasından sonra cari məsələlər ətrafında çıxış edən deputat Elşən Musayev “Qarabağ” Futbol Klubunun tarixi qələbəsindən danışdı. “Dünən axşam biz hamımız Qarabağ havasında idik”-deyən E.Musayev qələbə sevincini bölüşdü və ardınca müraciətini ünvamladı: “Mən bütün iş adamlararına müraciət etmək istəyirəm. Dünən biz şahid olduq ki, futbol necə böyük siyasətdir. Biz iş adamlarını sponsorluğa təşviş etməliyik. Xüsusən də idmana sponsor olan iş adamlarına vergidə məsələsinə ciddi diqqət edilə bilər”.

Deputat “Qarabağ” klubunun dünən Bakı meydanında keçiriləln qazandığı uğura diqqət çəkərək, klubun məşqçisi Qurban Qurbanovun dediyi sözlərə istinad edərək, “Biz meydanda xarakter qoymağı Ali Baş Komandan öyrənmişik, onun siyasətdə qoyduğu yolu davam edirik”, söylədi. E.Musayev “Qarabağ” klubunun yaranması və inkişafında xüsusi rolu olan deputat Aqil Abbasın adını xüsusilə qeyd etdi.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR