İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis “Zəfər” və “Qarabağ” ordenlərini müzakirəyə çıxarıb

357 20.11.2020 12:42 Ölkə A A


Milli Məclis Vətən müharibəsi ilə bağlı orden və medalların təsis olunması ilə əlaqədar Prezident İlham Əliyevin təqdim etdiyi qanun layihələrini müzakirə edir.

Musavat.com xəbər verir ki, sədr Sahibə Qafarova bu barədə məlumat verərək vurğulayıb ki, Prezidentimiz bir çıxışında bildirmişdi ki, Vətən müharibəsində və arxa cəbhədə qəhrəmanlıq göstərən hərbçilərimiz orden və medallarla təltif ediləcək.

Təqdim olunan qanun layihələri isə “Vətən müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş) və “Azərbaycan Respublikasının “Vətən müharibəsi qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədədir (birinci oxunuş).


Birinci vitse-spiker Əli Hüseynli qeyd edib ki, dünən komitədə təqdim edilmiş orden və medallarla bağlı qanun layihələrinə  baxılıb: “Bütün orden-medallar özündə bizim hərbi və milli atributları əks etdirir. Hazırda Azərbaycanın 10 ordeni və 64 medalı var. Prezident tərəfindən 2 orden və 15 yeni medal təklif edilib. Bir yeni adın verilməsi də təkliflər sırasındadır. Azərbaycan Respublikasının ən yüksək təltifi Heydər Əliyev Ordenidir. İndi təklif edilən ikinci ən yüksək təltif “Zəfər” ordeni, növbəti orden “Qarabağ” ordeni olacaq. Medallarla bağlı isə “Vətən müharibəsi qəhrəmanı” medalı xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsi medalı Vətən müharibəsi adına fərqlənmə nişanıdır. “Vətən müharibəsi qəhrəmanı” adı düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsinə görə veriləcək. Vətən müharibəsi qəhrəmanı adı almış şəxslər qanunla müəyyən edilmiş güzəştlərdən istifadə edəcəklər. Bu, sonrakı qanun layihələrində öz əksini tapacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR