İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis Mərkəzi Bankın yeni rəhbəri ilə bağlı təqdimatı təsdiqlədi - Taleh Kazımov söz verdi

7090 12.04.2022 11:50 Gündəm A A

Milli Məclisin iclasında Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Tahir Mirkişili təqdimatla bağlı komitədə müzakirələrin aparıldığını bildirdi.

Komitə sədri Siyavuş Novruzov çıxışında sabiq sədr Elman Rüstəmova 27 illik fəaliyyətinə görə təşəkkür etdi. Eyni zamanda yeni rəhbərliyə uğurlar arzulamaqla yanaşı, bir sıra təkliflərini səsləndirdi. Hər şey vətəndaş üçündür. Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması üçün uğurlar arzulayırıq”, deyə bildirdi.

Spiker Sahibə Qafarova dedi ki, bu gün bir nəfərin məsələsi müzakirə olunur, bank sistemindəki problemləri yox.

Bundan sonra Mərkəzi Bankın yeni rəhbərinin təqdimatı səsə qoyuldu və qəbul edildi.

T.Kazımov çıxışında ilk olaraq ona göstərilən ali etimada görə prezident İlham Əliyevə təşəkkür etdi. Həmçinin parlamentə minnətdarlığını bildirdi. Dedi ki, qarşısına qoyulacaq tapşırıqları və vəzifə öhsdəliklərini layiqincə, yüksək peşəkarlıqla icra edərəcəyinə söz verir.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR