Milli Məclisin hazırda davam edən plenar iclasında Bakı şəhər prokuroru Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi məsələsinə də baxılıb.
Spiker Oqtay Əsədovun təklifindən sonra deputatlar müzakirələrə ehtiyac duymadan səsvermə ilə Əziz Seyidovun namizədlik məsələsinə müsbət münasibət bildiriblər. Spiker Ali Məhkəmənin yeni hakiminə uğurlar arzulayıb və Ə.Seyidov alqış sədaları altında iclas zalını tərk edib.
E.Paşasoy,
Musavat.com






